
Bu barədə cavab olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib.
"Bəzi məqalələrdə ADNSU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Vazeh Əskərovun rəhbəri olduğu universitetdə guya ikinci ali təhsil alması barədə qeydlər həqiqəti əks etdirmir və elektron təhsil sistemi sayəsində bunu bir neçə kliklə öyrənmək olar. ADNSU obyektiv səbəblər üzündən yollarını ayırdığı müəllimlərin bir neçə informasiya portalında qərəzli kampaniya aparmasından təəssüf hissi keçirir. Ölkəmizin ən nüfuzlu ali məktəblərindən biri olan ADNSU-da son bir il ərzində müəllimlərin əmək haqqı 20% artıb, müəllimlərin dərs yükü azaldılıb, elmlə məşğul olmaq imkanlarının genişlənməsi sayəsində onların beynəlxalq elmi jurnallarda rekord sayda məqaləsi dərc olunub, alimlərimizin təqribən 70%-i əlavə maaş alır, yeni laboratoriyalar, karyera mərkəzi, layihələrin idarəolunması ofisi açılıb, universitetimiz nüfuzlu beynəlxalq reytinqlərdə irəliləyib, neft mühəndisliyi ixtisası üzrə dünyanın ən yaxşı ali məktəbləri sırasına daxil olub. Bir neçə müəllimin əsassız iddiaları universitetimizin imicinə zərər vurmaqla yanaşı ADNSU-da çalışan, hər gün öz biliklərini gənc nəslə ötürən yüzlərlə müəllimə, eləcə də bizdə təhsil alan 20,000-dək tələbəyə mənfi təsir göstərir. Biz, akademik mühitimizlə bağlı məsələlərin obyektiv və ədalətli müzakirəsinə çağırırıq. Belə sui-istifadələr gələcəyin mütəxəssislərinin formalaşdırılmasına, ölkəmizdə elm və təhsilin inkişafına kölgə salır", - məlumatda qeyd olunub.
Tehsil-press.az