Jurnalist Çelik Ankara kulislərindən aldığı son məlumatları paylaşıb.
Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərliyi və parlament qrupunun dəyişəcəyini deyən Çelik hökumətdən 5 nazirin də dəyişəcəyini iddia edib.
“Qurultaydan sonra ciddi dəyişiklik olacağını bilirik. Vitrində müəyyən adlar və partiya rəhbərliyi dəyişəcək. Dəyişiklik zənciri olacaq. Partiya rəhbərliyi, parlament qrup rəhbərliyi, bəlkə də hökumətin tərkibi”, - deyə o bildirib.
Jurnalist qeyd edib ki, Ankara kulislərindən öyrəndiyinə görə 3-4 nazir dəyişikliyi gözlənilir:
“Ən azından aldığım məlumat budur. Bəziləri az deyir, bəziləri çox deyir. Bəziləri yox deyir, amma mən belə hiss edirəm. 4 nazir, maksimum 5 nazirin dəyişəcəyi barədə məlumatlar alıram. Dəqiq ad çəkmək düzgün olmazdı”.
Tehsil-press.az