Ötən il AzTU-dan 117 tələbə qovulub? - Rektor danışdı

Ötən il AzTU-dan 117 tələbə qovulub? - Rektor danışdı “117 tələbənin Azərbaycan Texniki Universitetinindən xaric edilməsi yanlış informasiyadır. Əksinə universitetə bu il başqa təhsil ocaqlarından 136 nəfər tələbə köçürülüb”.

Bunu açıqlamasında Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev deyib.

O bildirib ki, tələbələrin davamiyyəti, eləcə də imtahanlar qaydalar çərçivəsində təşkil olunur.

Rektor Türkiyə - Azərbaycan Universitetinin imtahan sessiyasından da danışıb:

“Türkiyə-Azərbaycan Universitetində 9 tələbə birinci kursda təhsil alır. Digərləri hazırlıq qrupundadırlar. Hazırlıq qrupunda yetərlilik səviyyəsi təxminən 100 faizdir”, - V.Vəliyev vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər