Elektrik enerjisinin qiyməti 3 dəfə ARTDI - Bu ölkədə...

Elektrik enerjisinin qiyməti 3 dəfə ARTDI - Bu ölkədə... Estoniya, Litva və Latviyada BRELL vahid enerji sistemindən çıxdıqdan sonra elektrik enerjisinin qiyməti 50%, birjada isə 300% artıb.

Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, elektrik enerjisinin qiyməti ötən ayla müqayisədə 3 dəfə yüksəlib. Belə ki, yanvarda bir meqavat/saat üçün tarif 146 avro idisə, hazırda 483 avrodur.

Bildirilib ki, hazırda Baltikyanı ölkələrin sakinləri kütləvi şəkildə generator, şam, isti corab və yorğan alır.

Fevralın 8-də Litva, Latviya və Estoniya Rusiya-Belarus enerji sistemindən (BRELL) çıxdıqdan sonra Avropanın elektrik şəbəkəsi sisteminə qoşulmuşdu. /publika.az

Tehsil-press.az


Oxşar xəbərlər