Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kollecində İsveç Beynəlxalq İnkişaf və Əməkdaşlıq Agentliyinin “RECONOMY” proqramı çərçivəsində təlim keçirilib.
“Binaların xarici istilik izolyasiyası” mövzusunda keçirilən təlimdə Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov təqdimatla çıxış edib. İstilik izolyasiyası metodları, bu metodların enerji səmərəliliyinin artırılmasındakı rolundan danışan təlimçi qeyd edib ki, enerji balansının saxlanılması üçün xarici istilik izolyasiyasının standartlara uyğun şəkildə tətbiqi vacibdir.
“Daş yunu” şirkətinin rəhbəri Nuh Haşımov da çıxışında binaların xarici istilik izolyasiyasının enerji balansının qorunması baxımından son dərəcə vacib olduğuna diqqət çəkib. O, istilik izolyasiyası ilə bağlı beynəlxalq təcrübəyə, ölkəmizdə tətbiq olunan metodlara da toxunub.
Təlim zamanı tələbələrə binaların xarici istilik izolyasiyasında istifadə olunan materiallar da nümayiş etdirilib.
Sonda təlimçilər mövzu ilə bağlı tələbələrin suallarını cavablandırıb. Qonaqlarla kollecin istilik izolyasiyası istiqamətində kadr hazırlığı, tətbiq olunan tədris materialları və tələbələrin təcrübə imkanları müzakirə edilib.
Tehsil-press.az