Niqab taxmaq qadağan edilir - Səbəbi açıqlandı

Niqab taxmaq qadağan edilir - Səbəbi açıqlandı Qazaxıstan hakimiyyəti niqab və üzü örtən digər geyimlərin taxılmasının qadağan edilməsini ictimai təhlükəsizliyin təmin edilməsi ilə izah edib.

Bu barədə “Polisia.kz” hüquq-mühafizə portalı məlumat yayıb.

Qanuna edilən dəyişikliyin məqsədinin də vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunulmadan şəxslərin müəyyən edilməsi və ictimai asayişin təmin edilməsi olduğu bildirilib.

Lakin əlverişsiz hava şəraitində, tibbi göstərişlərə görə, əgər bunlar hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə idman və mədəni-kütləvi tədbirlərin iştirakçılarıdırsa, üzün örtülməsi qadağan edilmir.

İnsanın üzünü örtməyən hicab kimi dini geyim elementlərinə yeni qanunda toxunulmur.

Qeyd edək ki, iyunun sonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin, xüsusən də niqabın geyinilməsini qadağan edən qanun imzalayıb.

Tehsil-press.az


Oxşar xəbərlər