
Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Xəqani Cəfərli bildirib.
“Raşizmin təmsilçiləri hələlik korrekt davaranmağa, Putin Trampla görüşü ərəfəsində Ağ Ev sahibini qıcıqlandıracaq açıqlamalardan yayınmağa çalışsalar da, tamamilə səssiz də qala bilmirlər. İstisna deyil ki, raşizmin təmsilçilərini hərəkətə gətirən İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin “İran ya Rusiya ilə, ya da tək Zəngəzur dəhlizinin açılmasına mane olacaq” sözləri olub. Çox böyük ehtimalla teokratik rejimin “danışan dili”nin bu açıqlaması raşizmin təmsilçilərini mövqe bildirməyə vadar edib. Əgər, Trampla Putinin gözlənilən görüşündə Moskvanı qane edən bir nəticə olmasa raşizm əsl sifətini göstərməyə başlayacaq.” – deyə o, vurğulayıb.
X. Cəfərlinin sözlərinə görə, Ukrayna və Qazaxıstan prezidentləri Volodimir Zelenski və Qasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Azərbaycan–Ermənistan bəyannaməsi və digər sənədlərlə bağlı təbriklərini çatdırıblar:
“Azərbaycan prezidenti də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edərək ABŞ-a səfəri çərçivəsində Azərbaycan və Ermənistan arasında imzalanmış bəyannamə və digər sənədlərlə bağlı fikir mübadiləsi aparıb. Tərəflər Vaşinqtonda imzalanmış sənədlərin önəmi vurğulayıb, bütün bunların regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyəti rol oyanacağını qeyd ediblər.
Bütün bunlar baş verərkən Türkiyədən hələlik ciddi bir reaksiya, hərəkət yoxdur. Türkiyə mediasının və təhlilçilərin şərhi belə qənaət yaradır ki, Ankara bu prosesdən narazı qalıb. Təhlilçilərin çox böyük əksəriyyəti Azərbaycanın bölgənin məsələlərini 3+3 formatında deyil, ABŞ-ın içtirakı ilə 2+1 formatında həll etməyə üstünlük verməsindən narazılıq ifadə edirlər.”
Xəqani Cəfərli qeyd edib ki, 3+3 formatının işləməyəcəyini illər əvvəl proqnozlaşdırmışdı:
“Azərbaycanın Ermənistanla münasibətlərini 2+1, Cənubi Qafqaz məsələlərini 3+1 formatında həll etməyə çalşmasının doğru olacağı ilə bağlı aylar, illər öncəki mövqeyim haqlı çıxdı. İzləyicilərim bilir ki, 3+3 formatının bəlkə də yeganə barışmaz tənqidçisi idim və bir çox dostlarımızla bu məsələ ciddi fikir ayrılığımız vardı. Özünü təhlilçi hesab edən bir çoxları hələ də anlamaq istəmir ki, 3+3 formatı Rusiya mərkəzli avarasiyaçılığın qorunub saxlaınılmasına xidmət edir. Halbuki, Azərbaycan, Ermənistan və Gürcüstanın 1918-ci ildə müstəqil dövlət kimi tarix səhnəsinə çıxışları Rusiya mərkəzli avarasiyaçılığın dağılmasının, 1920-ci ildə müstəqilliklərini itirmələri həmin geosiyasi düzənin Lenin tərəfindən bərpa edilməsinin nəticəsi idi. Cənubi Qafqaz respublikalarının 1991-ci ildə müstəqilliklərini bərpa etmələri də Rusiya mərkəzli avarasiyaçılığın ciddi zəifləməsinin nəticəsi idi. Rusiya mərkəzli avarasiyaçılığın mövcudluğu Cənubi Qafqazın hər üç respublikasının müstəqilliyi üçün ölümcül təhdiddir.
Rusiya mərkəzli avarasiyaçılığın bir parçası olan İran da Cənubi Qafqaz respublikalarının müstəqilliyinə qarşıdır. Buna görə də Azərbaycanın Ermənistanla münasibətlərini 2+1, Cənubi Qafqaz məsələlərini 3+1 formatında həll etmək yeganə doğru yoldur.”
Tehsil-press.az