Fakültə əməkdaşları əvvəlcə səhid Səhriyar Həbibinin məzarını ziyarət edib, üzərinə əklil qoyublar. Şəhriyar Həbibiyə dərs demiş Bəxtiyar Paşayev və Məmməd Rəcəbov onunla bağlı xatirələrini bölüşüblər. Sonra fakültə əməkdaşları Şəhriyar Həbibinin ailəsinə baş çəkiblər.
Şəhriyar Həbibi 19 yanvar 1993-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olub. 2010-2014-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib, noyabrın 6-da Qubadlı döyüşlərində həlak olub. Lənkəranın Osaküçə kəndində dəfn olunub. O, ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Tehsil-press.az







