Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində qətl hadisəsi olub. Bu haqda DİN-dən məlumat verilib:
“2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb”.
Araşdırmalar davam etdirilir.
Tehsil-press.az










