Sumqayıtda 2 nəfəri qətlə yetirib 4 nəfərə xəsarət yetirən şəxsi polis tutub

Sumqayıtda 2 nəfəri qətlə yetirib 4 nəfərə xəsarət yetirən şəxsi polis tutub Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. Onlar qonşu olublar.

Tehsil-press.az


Oxşar xəbərlər