Deputat qəzaların artmasından danışdı: "Cərimə çıxış yolu deyil"

Deputat qəzaların artmasından danışdı: "Qəzaların qarşısının alınması üçün çox ciddi tədbirlər həyata keçirilir. İlk növbədə müvafiq orqanlar tərəfindən nəzarət gücləndirilib. Qaydaları pozan sürücülər barədə ciddi ölçü meyarları məlumdur, cərimələr artırılıb. Ancaq çox təəssüflər olsun ki, yenə də ağır qəzalar törədilir".

Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat bildirib ki, bu, ilk növbədə sürücülərin özlərinin məsuliyyətindən asılıdır:

"Statistikaya baxanda biz görürük ki, qəzalarda həyatını itirənlərin faciəsinə səbəb məhz sürət həddinin aşılması, avtomobillərin sərxoş vəziyyətdə idarə edilməsidir.

İnzibati üsulla, cərimələri artırmaqla müəyyən nəticələr əldə etmək olar, ancaq bu, çıxış yolu deyil. Avtomobil idarə edən hər kəs peşəkar olmalıdır, məsuliyyətini dərk etməlidir, yol hərəkəti qaydalarına əməl olunmalıdır. Əgər belə olsa, qəzaların və ölümlərin sayı azalar".

Tehsil-press.az

Oxşar xəbərlər