Obama Orlandoda baş verənlərin terrorçular tərəfindən planlaşdırıldığını təsdiqləməyib

Obama Orlandoda baş verənlərin terrorçular tərəfindən planlaşdırıldığını təsdiqləməyib Orlando şəhərində baş vermiş qanlı insidentin terrorçular tərəfindən planlaşdırıldığına dair dəlil sübut-yoxdur.

Assosiated Press agentliyi xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.
“Hazırda hadisə ilə əlaqədar araşdırma ilkin mərhələdədir. Cinayətkarın motivləri hələlik tam məlum deyil. İstintaqın gedişində terrorçuluq maddəsi əlavə oluna bilər. Lakin çox güman ki, cinayətkar İnternet vasitəsilə yayılan ekstremist məlumatlardan ruhlanıb”, deyə B.Obama bildirib.
Bu gün Vaşinqtonda ABŞ prezidenti güc strukturları rəhbərlərinin iştirak ilə və təhlükəsizlik məsələlərinə həsr olunmuş toplantı keçirib.


Tehsil-press.az

Oxşar xəbərlər