Obama yenidən ABŞ-da silahın satışını məhdudlaşdırmağa çağırdı
Orlandoda klubda kütləvi güllələmədə həlak olmuşların ailələriylə görüş zamanı ABŞ prezidenti Barak Obama yenidən ölkədə silahın satışını məhdudlaşdırmağa çağırdı. Bu barədə Trend "İnterfaks" agentliyinə istinadən xəbər verir.
"ABŞ-da siyasətçilər sanki sözləşdilər ki, terrorçular və ya özünü saxlaya bilməyən insanlar asan yolla silah ala bilsin", - deyə Obama bildirib.
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse" gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.Tehsil-press.az
- Baxış: 4431
Xəbərin tarixi: 17.06.2016 / 11:47
-
Oxşar xəbərlər