Tələbələr muzeyin iki əsas ekspozisiya otağını ziyarət edib, akademik Yusif Məmmədəliyevin həyat və yaradıcılığı, neft kimyası sahəsində formalaşdırdığı elmi məktəb, əldə etdiyi mühüm nailiyyətlər, şəxsi arxiv materialları və qiymətli eksponatları ilə tanış olublar. Ekskursiya zamanı tələbələrə görkəmli alimin Azərbaycan, eləcə də dünya kimya elminə verdiyi töhfələr haqqında ətraflı məlumat verilib.
Tələbələr muzeydə alimin fəaliyyətinə həsr olunmuş sənədli filmi də izləyiblər. Filmdə Yusif Məmmədəliyevin elmi dünyagörüşü, kimya sənayesinin inkişafına verdiyi töhfələr, neft emalı proseslərinə tətbiq etdiyi yeniliklər və ölkənin kimya üzrə kadr potensialının formalaşmasındakı rolu geniş əks etdirilib.
Tehsil-press.az



