"Bu qabaqcadan razılaşdırılmamışdı".
Ötən gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyana danışıqlarında Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan prezidentinin masa arxasında yan-yana oturması mətbuatın diqqətindən yayınmayıb. Tehsil-press.az-ın məlumatına görə, Ermənistanın prezidenti Lavrovun yanında oturmasına münasibət bildirib.
O deyib ki, bu, əvvəlcədən razılaşdırılmamışdı. “Düşünürəm ki, hazırkı reallıqda bunun böyük əhəmiyyəti yoxdur”. "Hazırkı reallıq" sözləri ilə Sarkisyan son vaxtlar Rusiya ilə soyuyan münasibətlərinə işarə edib.
Serj Sarkisyan - Ermənistan prezidenti
Apreldə baş verən hadisələrdən sonra Ermənistan və Rusiya arasında münasibətlər kəskinləşib. Rəsmi İrəvan və Ermənistan cəmiyyəti açıq formada aprel məğlubiyyətinə görə Rusiyanı günahlandırıb. Çünki ermənilər düşünürlər ki, Azərbaycan Rusiya silahları ilə Ermənistan əsgərlərini öldürür.
Rusiya isə Azərbaycana silah satışı ilə bağlı açıqlmasıdan dedi ki, rəsmi Moskva Bakıya silah satmağa davam edəcək. Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin mətbuata müsahibəsində bildirib ki, əgər Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satışından əl çəkərsə, Rusiyanın yerini ABŞ və digər ölkələr tutacaq. “Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satırıq".
Tehsil-press.az