Suraxanıda yanğın baş verib

Suraxanıda yanğın baş verib Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının girişində elektrik lövhəsi yanıb.

Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı mənzillərdən 25 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 22:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Tehsil-press.az

Oxşar xəbərlər