
Nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan tərəfi siyasi arena ilə müqayisədə heç bir vəchlə idmanın siyasiləşdirməsinin tərəfdarı olmayıb.
O, erməni idmançının avqustun 16-da etdiyi hərəkəti bu ölkənin qalib idmançıdan sui-istifadə etməsi və siyasəti idman meydançasına gətirməsi cəhdi kimi dəyərləndirib: "Daim dünyaya özünün təcavüzə məruz qalmış xalq kimi nümayiş etdirməyə çalışan Ermənistan bununla da bütün dünyaya mənfur xislətini göstərdi və cılız düşüncəyə malik olduğunu bir daha subut etdi".
Tehsil-press.az