ADU-da “Amerika Günləri Festivalı”nın bağlanış mərasimi keçirildi

ADU-da “Amerika Günləri Festivalı”nın bağlanış mərasimi keçirildi “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirdə ilk öncə Azərbaycan və Amerika dövlət himnləri səsləndirildi.
Açılış nitqi ilə çıxış edən ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova qonaqları universitetdə görməkdən şad olduğunu bildirdi və onlara universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusovun salamlarını çatdırdı. O, “Amerika Günləri Festivalı” həftəsinin uğurla başa çatdığını qeyd etdi. ADU tələbələrinin də bu proqramda fəal iştirak etdiyini vurğulayan prorektor bundan məmnun olduğunu dilə gətirdi. O, “Amerika Günləri Festivalı” həftəsinin nəinki Bakıda, eyni zamanda Azərbaycanın bir sıra bölgələrində də qeyd olunduğunu sözlərinə əlavə etdi.
Amerikanın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Stiven Qays əməkdaşlığa görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə təşəkkür etdi. O, “Amerika Günləri Festivalı”nın böyük proqram olduğunu və bunun bir çox bölmələri əhatə etdiyini vurğuladı. Stiven Qays bu gün tədbirdə çıxış edəcək “Silver City Bound”qrupunun iştirakçılar tərəfindən bəyəniləcəyinə ümid etdiyini dedi. Tədbir möhtəşəm konsert proqramı ilə yekunlaşdı.

ADU-nun Mətbuat Şöbəsi


ADU-da “Amerika Günləri Festivalı”nın bağlanış mərasimi keçirildiADU-da “Amerika Günləri Festivalı”nın bağlanış mərasimi keçirildiADU-da “Amerika Günləri Festivalı”nın bağlanış mərasimi keçirildiADU-da “Amerika Günləri Festivalı”nın bağlanış mərasimi keçirildiADU-da “Amerika Günləri Festivalı”nın bağlanış mərasimi keçirildi

Oxşar xəbərlər