Dillər Universitetində türk dilini öyrənən amerikalı tələbələr üçün təşkil olunan yay məktəbi başa çatdı

Dillər Universitetində türk dilini öyrənən amerikalı tələbələr üçün təşkil olunan yay məktəbi başa çatdı Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı üzrə türk dilini öyrənmək məqsədi ilə ölkəmizə gəlmiş amerikalı tələbələr üçün fəaliyyət göstərən yay məktəbinin bağlanış mərasimi keçirildi.
Açılış nitqi çıxış edən ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Önəmli Dil Təqaüdü (CLS) proqramının direktoru, professor Jalə Qəribova Dillər Universitetinin bu proqrama ev sahibliyi etdiyini söylədi və ilk dəfə olaraq türk dilini öyrənmək məqsədi ilə yay məktəbində iştirak edən amerikalı tələbələri həmin proqramı müvəffəqiyyətlə başa vurmaqları munasibəti ilə təbrik etdi.
O, proqramın əvvəlində bir neçə tələbənin dil bilgisinin başlanğıc səviyyədə olduğunu, lakin iki ay müddətində artıq türk dilində danışa bildiklərini diqqətə çatdırdı. Proqramın Türkiyədə davam edəcəyinə ümidvar olduğunu bildirən professor J.Qəribova layihənin gerçəkləşməsində əməyi keçən hər kəsə, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyinə, Amerika Şurasına, amerikalı tələbələrin müəllimlərinə və onlara valideynlik edən ailələrə, dil partnyorlarına dərin təşəkkürünü bildirdi.
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Bryan Furman uğurlu bir yay məktəbinin yekunlaşdığını və türk dilini öyrənməklə yanaşı amerikalı tələbələrin Azərbaycan mədəniyyəti ilə də yaxından tanış olduğunu dedi.
Amerika Şurasının ölkə üzrə direktoru Jodi Blankenship professor Jalə Qəribovaya təşəkkürünü bildirdi. Türk dili proqramı çərçivəsində müxtəlif ekskursiyaların təşkil edildiyini qeyd edən J. Blankenşip bu proqramın amerikalı tələbələr üçün yaxşı təcrübə olduğunu vurğuladı.
Amerikalı tələbələrin rezident direktoru Catherine Bobbitt belə bir proqrama ev sahibliyi etdiyinə görə ADU rəhbərliyinə və onlara valideyn kimi qayğı göstərən ailələrə minnətdarlığını bildirdi. O, gəzintilərlə zəngin olan bu proqramda iştirak edən tələbələrin öz vətənlərinə gözəl xatirələrlə qayıdacağına əminliyini ifadə etdi.
Sonra tələbələrə valideynlik edən ailələrdən birinin nümayəndəsi Leyla Abdullayeva daha bir yay məktəbinin yekunlaşdığını söylədi. O, iki ay ərzində türk dilinin öyrədilməsində və türk mədəniyyətinin aşılanmasında amerikalı tələbələri himayəsinə götürən bütün ailələrin timsalında özünün də əlindən gələn köməyi əsirgəmədiyini bildirdi.
Daha sonra tələbələrin türk dilində hazırladıqları şeirlər və mahnılar səsləndirildi, rəqslər nümayiş olundu. Öncə Conwell Colin və McRac Izabelle, daha sonra DelGrande Antonio, Bhargava Raj və Nitz Andrew türk dilində mahnılar səsləndirdilər. Murtha Colin və Skidmore Jared türk dilində özlərinin müəllifi olduğu, həmçinin məhəbbətə, Azərbaycana aid, o cümlədən ölkəmiz və Türkiyənin fərqli cəhətlərini özündə əks etdirən şeirləri səsləndirdilər. Sonra Valentine Daniel tərəfindən hazırlanan və meditasiyaya həsr olunan, həmçinin amerikalı tələbələrin müxtəlif gəzintilərini özündə birləşdirən video-çarxlar nümayiş olundu. Khudaynazar Madina Azərbaycan rəqsi ifa etdi. Conwell Colin isə “Ayrılıq” mahnısını ifa edərək Azərbaycanda qaldığı müddətdə ona valideynlik edən mənəvi anasına ithaf etdiyini bildirdi.
Daha sonra amerikalı tələbələrə hədiyyələr təqdim olundu, dil həmkarları isə Önəmli Dil Təqaüdü proqramında fəal iştiraklarına görə şəhadətnamə ilə təltif olundular. Tədbir türk xalq rəqsinin ifası ilə yekunlaşdı.
Qeyd edək ki, 2009-cu ildən etibarən fəaliyyət göstərən Önəmli Dil Təqaüdü (ÖDT) Proqramında bu il 32 nəfər amerikalı tələbə türk dilini 5 qrupda 4 səviyyə üzrə öyrəndi.

ADU-nin Mətbuat Şöbəsi
[right][/right]


Dillər Universitetində türk dilini öyrənən amerikalı tələbələr üçün təşkil olunan yay məktəbi başa çatdı

Dillər Universitetində türk dilini öyrənən amerikalı tələbələr üçün təşkil olunan yay məktəbi başa çatdı

Dillər Universitetində türk dilini öyrənən amerikalı tələbələr üçün təşkil olunan yay məktəbi başa çatdı

Oxşar xəbərlər