İntihar, yandırılan insanlar – DİNİ SEKTALARIN DƏHŞƏTLİ ÜZÜ

İntihar, yandırılan insanlar – DİNİ SEKTALARIN DƏHŞƏTLİ ÜZÜ Dünyada dini sektaların sayı kifayət qədərdir. Onlar arasında özlərini mülayim göstərənlər də var, ən dəhşətli tərəfləri ilə qorxuya salanlar da. Buna rəğmən, sektalarda həmişə tərəfdar tapmaq mümkündür. Çünki "din xalq üçün tiryəkdir". İngiliz yazıçısı Çarlz Kinqs və kommunizmin yaradıcısı Karl Marks tərəfindən səslənən bu fraza 150 ildir aktuallığını itirmir. Təskinlik tapmaq üçün insanlar psixoanalitikin qəbuluna, yaxud dostlarla dərdləşməyə getməyin əvəzinə, dini cəmiyyətlərə qoşulmağı üstün tuturlar. Hansı ki, bu dini cəmiyyətlər – sektalar yalnız öz üzvlərinə deyil, bütün ətrafa da zərər verirlər.

Tehsil-press.az dünyada ən təhlükəli sektalar haqda məlumatları təqdim edir.

Cənnətin qapıları (Heaven's Gate)

Bu sekta 1972-ci ildə peyda oldu. Tibb bacısı Bonni Nettlz musiqi müəllimi Epplvayt Marşalla tanış oldu. Cütlüyü ümumi maraqlar birləşdirirdi. Hər ikisi mistika ilə maraqlanır və ilahi elçi olduqlarına inanırdılar. Hətta Nettlz hesab edirdi ki, XIX əsrdə ölmüş rahibin ruhu onunla danışır. 1973-cü ildə Bonni və Marşal öz ailələrini tərk etdilər və hər kəsə öz missiyaları haqda danışmaq üçün Amerikaya səyahətə yollandılar.
1975-ci ildə astrologiya, UNO, spiritizm və xristian müqəddəslərinin həyatlarına həvəsdən yaranan dinə bənzər qarışıq bir şey əmələ gəldi. Qısaca onların təlimi belə idi: Epplvayt İsanın reinkarnasiyasıdır (ölmüş insanın sonradan dünyaya başqa formada qayıdışı), Nettlz isə ölməzdir. Onu öldürmək olar, amma onlar kosmik gəmidə cənnətə birlikdə ucalacaqlar. Təəccüblü olsa da, onların davamçıları tapıldı. "Cənnətin qapıları" adlanan sektanı 1985-ci ildən sonra Epplvayt davam etdirdi. Çünki Nettlz əbədilik haqda bütün inandırmalara baxmayaraq, xərçəngdən öldü.

İntihar, yandırılan insanlar – DİNİ SEKTALARIN DƏHŞƏTLİ ÜZÜ

1997-ci ildə Epplvayt elan etdi ki, Yer kürəsinin yanından uçan Xeyla kometası bir əlamətdir və cənnətə getmək üçün bu şansı qaçırmaq olmaz. O, Kaliforniyanın Santa-Fesin qəsəbəsində bir rançoda 38 davamçısı ilə birlikdə intihar etdi.

Günəş mədəbinin ordeni (Ordre du Temple Solaire)
Belçikalı həkim Jyure Lyuyu homeopatiya və alternativ tibbin başqa növləri ilə maraqlanandan sonra bu ordenin tarixi başlandı. 1980-ci illərin əvvəllərində Jyure Brüsseldən Fransanın Annemas bölgəsinə köçdü və burada qeyri-standart müalicə metodları üzrə mühazirələr keçməyə başladı. Jyure 1981-ci ildə Cenevrədə Di Mambro Cozeflə tanış oldu. Onlar dərhal bir-birini anladılar və gizli dini cəmiyyət yaratdılar. "Günəş məbədinin ordeni". Günəş İsanın Allah kimi ikinci gəlişini gözləmək üçün yeni dinin əsas ideyası idi. Həmçinin, ölüm və sonra dirilmək də bura daxil idi.

İntihar, yandırılan insanlar – DİNİ SEKTALARIN DƏHŞƏTLİ ÜZÜ

Jyurenin çox gözəl natiqlik qabiliyyəti əsasında ordenin Fransa, İsveçrə, Kanada və Avstraliyada bir çox davamçıları yarandı. Sekta tərəfdarları Jyure və Di Mambroya sevinclə böyük məbləğlər və əmlaklar bağışlayırdı. Əvəzində onlar mərasimlərdə iştirak edir, kabbalistika ilə məşğul olur, spiritizm seansları alırdılar. 1990-cı ildə orden məşhurlaşdı. Bu, Jyure və Di Mambroda depressiya əhval-ruhiyəsi yaratdı. 1994-cü ilin oktyabrında sektanın baniləri öz davamçılarını toplayaraq gizli şam yeməyi təşkil etdilər. Bir neçə gün sonra sektanın müxtəlif ölkələrindən olan tərəfdarları kütləvi şəkildə intihar etdi. 1997-ci ilə qədər sektanın tərəfdarlarının intiharı davam etdi. Jyure və Di Mambro daxil olmaqla sektanın 74 qurbanı qeydə alınmışdı.

Maunt-Karmel hücumu
1959-cu ildə adventistlərin kilsəsinə mənsub adamların bir qismi "Davidova budağı" adlı ayrı kilsə yaratdılar. Dini hərəkat düz otuz il boyunca adi xristian kilsəsi kimi fəaliyyət göstərirdi. Gənc vaiz Vernon Xouelli Koreş Davidi əvəz edəndən sonra hər şey dəyişdi.
Koreş Texasda Maunt-Karmel ransoçunda yerləşdi və özünü peyğəmbər elan etdi. O, sekta üzvlərinə qarşı sərt qaydalar tətbiq etdi: yatmaq qadağan olundu, qida azaldıldı, saatlarla dualar edilirdi və ranço xaricində atılan hər addımın hesabatı verilirdi. O, mərhəmət əlaməti olaraq rançodakı qadınlarla cinsi əlaqəyə girirdi. Ən çox də yeniyetmə qızlardan istifadə edirdi.

İntihar, yandırılan insanlar – DİNİ SEKTALARIN DƏHŞƏTLİ ÜZÜ

1992-ci ildə FTB-yə məlumat daxil oldu ki, "Davidova budağı" kilsəsinin üzvləri qeyri-leqal odlu silah ticarəti ilə məşğuldular. Araşdırma nəticəsində o da məlum oldu ki, Koreş azyaşlıları zorlamaqla məşğuldur. 1993-cü ildə Maunt-Karmeldə axtarışa başlandı. Sekta üzvləri FTB-nin axtarış aparacağından əvvəldən xəbər tutaraq hazırlaşdılar və müqsvimət göstərdilər. Atışma nəticəsində 9 insan öldü, 16 agent yaralandı. Lakin FTB içəri daxil ola bilmədi. İki ay boyunca ranço mühasirədə saxlanıldı. İki ay sonra FTB-nin yeni hücumu zamanı Koreş təslim olmaqdan imtina edərək, rançonu yandırdı. Nəticədə, 82 sekta üzvü və dörd agent həlak oldu.

Allahın vəsiyyətinin dirçəlişi üçün hərəkat
Keçmiş uqandalı fahişə Kredoniya Mverinde bu hərəkatın banisi hesab olunur. O, 1989-cu ildə iddia etdi ki, Məryəm ana ilə ünsiyyət saxlayır və ana onu peyğəmbər elan edib. Kredoniyanın bu bəyanatından sonra onun davamçıları yarandı. İlk davamçıları ruhi xəstəxanada müalicə almış keşiş Dominik Kataribabo və zəngin biznesmen Cozef Kibvetere oldu. Bu iki davamçının səyi nəticəsində keçmiş uqandalı fahişənin kütləvi tərəfdarları yarandı. Demək olar ki, on il boyunca Mverinde apokalipsisin (dünyanın sonu) tarixini təxirə salırdı və bu dəyişiklik sekta tərəfdarlarını qıcıqlandırmağa başladı. Bundan başqa sekta tərəfdarları öz mal-mülklərini Mverinde və Kibvetereyə verdikləri üçün də narazılıq yarandı. Nəhayət, qadın peyğəmbər dünyanın sonunu təyin etdi: 17 mart 2000-ci il.

İntihar, yandırılan insanlar – DİNİ SEKTALARIN DƏHŞƏTLİ ÜZÜ

Təyin olunmuş gün sekta tərəfdarları "Məryəm ananın qızının evi" adını almış kilsədə toplaşdılar. Sonra sektanın ən iradəli üzvləri binanı yandıraraq partlatdılar. Yanğında 530 insan həlak oldu. Bununla yanaşı, sektanın rəsmi iqamətgahının həyətində 200 yanmış bədən tapıldı. Bəzi şahidlərin sözlərinə görə, Kredoniya Mverinde partlayışdan öncə qaçmağı bacarmışdı.


Tehsil-press.az

Oxşar xəbərlər