Masallıda yanğın baş verib

Masallıda yanğın baş verib Masallıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Tehsil-press.az-a verilən məlumata görə, Masallı rayonu, Köcəkli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə və içərisinə yığılmış 12 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Tehsil-press.az

Oxşar xəbərlər