İsmayıllı Bilik Evində rus dili üzrə ödənişsiz kurslar davam edir

İsmayıllı Bilik Evində rus dili üzrə ödənişsiz kurslar davam edir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Bilik Evində rus dili üzrə ödənişsiz kurslar davam edir. İlk müraciət edən 15 gənc dərslərə cəlb olunub.

Bilik Fondundan tehsil-press.az-a bildiriblər ki, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova müraciət edənlərin sayının çox olduğunu, sosial sifariş əsasında kursun davam edəcəyini söyləyib. Kursun sonunda imtahanda uğurlu nəticə göstərənlərə fond tərəfindən sertifikatlar təqdim olunacaq. Təlimlərə qatılan gənclər fondun bir sıra maarifləndirici layihələrində, mütəmadi olaraq ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərdə iştirak edəcək, müxtəlif elm sahələri üzrə mühazirələr dinləyəcəklər.
Gənclərin xarici dilə xüsusi maraq göstərdiklərini, dərslərdə böyük həvəslə iştirak etdiklərini deyən müəllim Aygün Qurbanova Bilik Fondunun kursun bütün iştirakçılarını zəruri dərs vəsaitləri ilə təmin etdiyini bildirib.
Bilik Evində, həmçinin ingilis dili üzrə ödənişsiz kurslar təşkil olunacağı diqqətə çatdırılıb.
İsmayıllı Bilik Evi ilə yanaşı, Bilik Fondunun artıq Qax, Oğuz, Şəmkir və Nardaran bilik evləri əhalinin xidmətindədir.

İsmayıllı Bilik Evində rus dili üzrə ödənişsiz kurslar davam edir
İsmayıllı Bilik Evində rus dili üzrə ödənişsiz kurslar davam edirİsmayıllı Bilik Evində rus dili üzrə ödənişsiz kurslar davam edir

Tehsil-press.az

Oxşar xəbərlər