UNEC-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirilib

UNEC-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirilib UNEC-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinə start verilib.
UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, ilk görüşdə UNEC-in rektoru, professor Ədalət Muradovla yanaşı, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva iştirak ediblər.
Onlar tələbə, valideyn və digər vətəndaşların müraciətlərini dinləyiblər. Bütün müraciətlər yerindəcə araşdırılaraq, vaxtında və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə struktur bölmələrə tapşırıqlar verilib.
UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyası boyunca hər həftənin şənbə günü “Açıq qapı” günü keçiriləcək. Tələbə biliyinin şəffaf və obyektiv keçirilməsi məqsədi ilə təşkil edilən “Açıq qapı”da iştirak etmək istəyən ictimaiyyət nümayəndələri öncədən UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsi ilə (012 497 58 63) əlaqə saxlaya bilərlər.
UNEC-də növbəti “Açıq qapı” yanvarın 14-də keçiriləcək. Görüşdə iştirak etmək istəyən tələbə və valideynlər qeydiyyat üçün “Qaynar xətt” xidmətinə (146-1-3) zəng edə bilərlər.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti

UNEC-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirilib
UNEC-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirilib
UNEC-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirilib

Oxşar xəbərlər