ADU-da imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib

ADU-da imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib. Belə ki, universitetdə imtahan biletlərinə nömrə qoyulmur, həmçinin müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə qalmış auditoriyaya buraxılır. Mühüm yeniliklərdən biri də imtahanların Biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirilməsidir.
İmtahan prosesində tətbiq edilən yeniliklər yazı işlərinin yoxlanılmasını da əhatə edir. Belə ki, yazı işləri yoxlanıldıqdan sonra təkrar yoxlanılaraq təsdiqlənir və anonimliyi qorunur.
ADU-nun İctimai Nəzarət Şurasının üzvləri tərəfindən izlənilən imtahanların nəticələri ilə bağlı apellyasiya şikayətlərinə kafedra müdirlərinin iştirakı ilə aidiyyatı üzrə fakültələrdə baxılır. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib.
Qeyd edək ki, ADU-da 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib, İctimai Nəzarət Şurasının bütün üzvlərinin əlaqə telefonları və elektron poçt ünvanları universitetin rəsmi Feysbuk səhifəsində yerləşdirilib.

ADU-nun Mətbuat Xidməti


ADU-da imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib
ADU-da imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib
ADU-da imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib

Oxşar xəbərlər