
Tamaşaya Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası”nın üzvləri, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası və Milli Aviasiya Akademiyasında təhsil alan tələbələr də dəvət olundular. Yaradıcı heyət tərəfindən böyük ruh yüksəkliyi, təbii və mahircəsinə ifa olunan tamaşa gənclərə böyük təsir bağışladı.
ADMİU-nun Mətbuat Xidməti



