Amerikalı rəssam ADMİU-da

Amerikalı rəssam ADMİU-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində növbəti ustad dərsi baş tutdu. Bu ustad dərsi görkəmli ABŞ rəssamı Şeyn Quffoqq (Shane Guffogg) tərəfindən keçirildi.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin və QHT “Arts Council Azerbaijan”-ın dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə açan prorektor, professor Gülşən Əliyeva qonağı salamlayaraq bu yaradıcılıq görüşünün baş tutmasında göstərdiyi köməkliyə görə onlara öz minnətdarlığını bildirdi. Görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət topluları qonağa təqdim etdi.
Rəssam öz növbəsində fəaliyyətindən və əsərlərinin işlənmə texnikasından bəhs etdi. 17 yaşından yaradıcılığa başlayan Şeyn Quffoqq ən çox tələb olunan amerika rəssamlarından biridir. Şeynin əsərləri Los-Anceles şəhərindəki Hammer muzeyinin seçilmiş kolleksiyalarında, Dyuk adına Müasir İncəsənət Universitetinin muzeyində, Kaliforniyadakı Frezno art-muzeyində və bir çox başqa muzeylərdə saxlanılır. Los-Ancelesdə doğulan rəssam rəngkarlıq təhsilini də elə orada, Kaliforniya İncəsənət İnstitutunda almışdır. Şeyn 1989-1995–ci illərdə “mətn rəngkarlığı”nın məşhur yaradıcısı - Edvard Ruşa (Edward Ruscha) ilə birgə işləyir. Müasir abstraksionizm məktəbini təmsil edən Quffoqq əsərlərini yağlı və sulu boya, quaş və pastel boyalarla kətan və ya kağız üzərində, eləcə də, sink plitələr üzərində təsvir edir. Şeyn öz əsərlərində XVI əsr rəssamları arasında xüsusilə məşhur olan qlizal (şirələmək) texnikasından istifadə edir. Onun yaradıcılığının pərəstişkarları və əsərlərinin kolleksionerləri: ABŞ-ın eks-prezidenti Bill Klinton və senator Hillari Klinton, Dastin Hoffman, Meq Rayan, Ed Harris, Şon Vilyam Skott və başqa dünyaca məşhur siyasi xadimlər, kino və şou-biznes nümayəndələridir.
Ustad dərsində ADMİU-nun Rəssamlıq fakültəsinin I-IV kurs tələbələri iştirak etdi.

ADİMU-nun Mətbuat Xidməti


Amerikalı rəssam ADMİU-daAmerikalı rəssam ADMİU-daAmerikalı rəssam ADMİU-daAmerikalı rəssam ADMİU-daAmerikalı rəssam ADMİU-daAmerikalı rəssam ADMİU-daAmerikalı rəssam ADMİU-da

Oxşar xəbərlər