4 saylı tam orta məktəbdə Xocalı şəhidləri anıldı

4 saylı tam orta məktəbdə Xocalı şəhidləri anıldı Masazırda 4 saylı tam orta məktəbdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir başlamazdan əvvəl Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib.
Məktəbin direktoru Xatirə Şabanova erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. O, Xocalı faciəsinin başvermə səbəblərini açıqlayaraq bildirib ki, həmin dönəmdə Azərbaycana rəhbərlik edən hakimiyyətin laqeydliyi ucbatından xocalıların başına bu faciə gətirilib. Həmin gecə erməni cəlladları və onların havadarlarının Xocalıda törətdikləri qırğınları 20-ci əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşdüyünü deyən direktor xüsusi vurğulayıb ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamentinin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıldığını yada salan direktor eyni siyasətin Prezident İlham Əliyev, Heydər Əliyev Fondu tərəfindən həyata keçirildiyini qeyd edib.
Tədbir təşkilatçısı Gülər Atakişiyeva çıxış edərək, bu həyəcanlı və ağrılı tarixin millətimiz üçün böyük insan tələfatı və vandalizm olduğunu diqqətə çatdırıb. O, faciənin 25-ci ildönümündə soyqırımın dünya səviyyəsində tanınması və təbliğ edilməsi, düzgün qiymətləndirilməsi istiqamətində dövlətimizin kifayət qədər işlər gördüyünü, amma ikili standartlar səbəbindən haqq səsimizi bəyan etməkdə bəzi çətinliklərlə üzləşdiyimizi vurğulayıb. Tarixçi Heydər Əliyev Fondunun apardığı “Xocalıya ədalət” kampaniyasının uğurlu fəaliyyəti nəticəsində artıq bir sıra dünya dövlətlərinin Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul etdiyini sözlərinə əlavə edib.
Tədbirin sonunda təqdim olunan videoçarxda isə Xocalının dünya birliyinə tanıdılması işləri əksini tapıb, faciənin ürək göynədən görüntüləri yayımlanıb.
Tədbirin sonunda iştirakçılara şagirdlərin hazırladığı “Xocalı bir millətin deyil, insanlığın faciəsidir” adlı kompozisiya təqdim edilib. Ürəyi Vətən eşqi ilə döyünən şagirdlərin hazırladığı bu kompozisiya bir anlıq hamını dəhşətli Xocalı gecəsinə qaytarıb. Səslənən hər bir şer qisasa bir çağırış kimi yaddaşlara yazılıb.

Afət Abbasova


4 saylı tam orta məktəbdə Xocalı şəhidləri anıldı4 saylı tam orta məktəbdə Xocalı şəhidləri anıldı4 saylı tam orta məktəbdə Xocalı şəhidləri anıldı4 saylı tam orta məktəbdə Xocalı şəhidləri anıldı4 saylı tam orta məktəbdə Xocalı şəhidləri anıldı4 saylı tam orta məktəbdə Xocalı şəhidləri anıldı4 saylı tam orta məktəbdə Xocalı şəhidləri anıldı4 saylı tam orta məktəbdə Xocalı şəhidləri anıldı

Oxşar xəbərlər