Yasamalda iki narkoman öldü

Yasamalda iki narkoman öldü Bakıda yüksək dozada narkotik qəbul edən şəxslər ölüb.

Tehsil-press.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şahbazi küçəsi ev 100, mənzil 16 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən Rauf Ələkbərova məxsus evə qonaq gələn tanışları - 1975-ci il təvəllüdlü Emil Söhrab oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Seymur Fərrux oğlu Baxmanov yüksək dozada narkotik qəbul ediblər.
Nəticədə hər iki şəxs dünyasını dəyişib. Ev sahibi R.Ələkbərov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər