Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. Tehsil-press.az Ermənistan mediasına istinadən xəbər verir ki, Nalbandyan qondarma “DQR”-in “prezidenti” Bako Saakyanla görüşüb. Məlumata görə, Nalbandyan Saakyanla Qarabağ münaqişəsini müzakirə edib.