8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT “Səda” Tədris Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Elmi Cəmiyyətinin və Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert keçirilib. Tədbiri giriş sözü ilə açan “Rossostrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov xanımları bayram münasibətilə təbrik edib və Kulturologiya kafedrasının müdiri, dosent Sədaqət Əliyeva və Musiqi sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynovaya təşəkkürnamə təqdim edib. Universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova da öz növbəsində qonaqları salamlayıb və Rusiya İnformasiya Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib.
Konsert Simfonik orkestrin dirijoru Allahyar Vəzirovun bədii rəhbərliyi ilə caz qrupun ifasında “Ordan burdan” tele-tamaşasından “Uvertüra” və Karlos Qardenin “Запах женщины”, Musiqi sənəti fakültəsinin tələbələrinindən Məlik Məmmədov Lui Armstronqun “Let’s my people go”, Cəlal Məlikli, Məftun Səfərli və Məlik Məmmədov “Bana-bana gəl” xalq mahnısı, Rəşad Hacızadə “Məhəbbət hekayəsi”, Nurlan Abdullazadə Emil Əfrasiyabın “Klassik popuri”, Fuad Bağırbəyov Kompozisiya “Niqht Birds” (Şakatak), Həmid Həmzəyev Rauf Hacıyevin “Sevgilim”, Rafael İslamov “Popuri”, Nuranə Kərimli, Cəlal Məlikli və Rəvan Qaçayev “Popuri”, Tərxan İbrahimov Emin Sabitoğlunun Gün keçdi k/f-dən “Bayatılar”, Arif Məmmədov və Bahadur Həsənov Cipsi Kinqin “Faron”, Səfa Eldar Ceyms Braunun “I feel so good”, Yusif Məhərrəmli Leonid Aqutinin “Любовь настала и Половина сердца” əsərlərini ifa ediblər. Konsertin sonunda bütün tələbələrin ifasında Tofiq Babayevin “В этом городе” əsəri səslənib.

ADMİU-nun Mətbuat Xidməti


8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT

Oxşar xəbərlər