Polşa səfiri Marek Tsalka öz növbəsində əlaqələrimizin tarixi köklərə malik olduğunu, bu gün isə çiçəklənmə dövrünü yaşadığını qeyd etmişdir. O, deyib: “Azərbaycan və Polşa xalqları arasında yaxın və səmimi münasibətlər lap qədimdən mövcuddur. Müstəqillik qazandığımız son 20 ildə isə bu əlaqələr əsl müttəfiqlik səviyyəsinə yüksəlib”. Səfir Azərbaycan torpaqlarının işğalı məsələsinə də toxunaraq, Polşa dövlətinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini nəzərə çatdırmışdır. O, etibarlı əməkdaşlığın təhsil sahəsində özünü daha qabarıq şəkildə biruzə verdiyini bildirmişdir. O, Polşanın ən nüfuzlu universitetinin polyak dili və ədəbiyyatı sahəsindəki aparıcı mütəxəssislərinin BSU-da işləməyə maraq göstərdiyini xüsusi vurğulamışdır.
Görüşün sonunda Polşa səfiri Marek Tsalka BSU-nun müəllim-professor heyətini və tələbələrini aprelin sonunda Bakıda bir həftə davam edəcək Polşa filmləri festivalına dəvət etmişdir. O, həmçinin universitet rəhbərliyini mayın 3-də Polşa Respublikası Konsititusiyası Günü münasibətilə təşkil olunacaq tədbirdə görmək arzusunda olduğunu da bildirmişdir.
BSU-nun Mətbuat Xidməti
