
Universitetin rektoru, professor Gəray Gəraybəyli tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Novruz bayramı xalqımızın ən vacib və çox sevilən bayramlarından olduğunu deyən rektor, tədbirin adının həyat qəribəlikləri ilə bağlılığının təsadüfi olmadığına diqqət çəkib. G.Gəraybəyli bayramı klinikada keçirmək məcburiyyətində olan xəstələrin hər birinə tezliklə sağalmalarını diləyib.
Tədbir bədii hissə ilə davam etdirilib.
ATU-nun Mətbuat Xidməti

