Bayram şənliyində tələbələr Azərbaycan milli kinosunun nadir incilərindən sayılan “Arşın mal alan”, “O olmasın, bu olsun” filmlərindən müxtəlif səhnəcikləri nümayiş etdiriblər. Novruzun adət-ənənələrindən olan papaqatdı ilə bağlı videoçarx nümayiş etdirilib. Novruz personajları olan Kosa və Keçəlin şən zarafatları, Bahar qızın şeirləri, rəqsləri, tələbələrin ifa etdikləri şeirlər, səhnələr, milli və xarici rəqslər, “Bayram gəlir elimə”, “Azərbaycan-anaların anası” nəğmələri, “Sarı gəlin” rəqsi, həmçinin TGT-nin “Şən və hazırcavablar klubu”nun təqdim etdiyi tamaşa iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara ən xoş, ən səmimi arzularını bildirib.
Sonra həyətdə Novruz tonqalı alovlandırılıb. Tələbə-gənclər tonqal ətrafında rəqs ediblər.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi




