“Novruz, Novruz, bahari…”

“Novruz, Novruz, bahari…” Nigeriyanın Laqos şəhərində keçirilən Novruz şənliyi yerli sakinlərin böyük marağına səbəb olub. Təhsil-press.az-a daxil olan xəbərə görə, qonaqlara Azərbaycan milli mətbəxinin xörəkləri və şirniyyatları təqdim edilib.
Bayram şənliyi İndoneziya vətəndaşı Ponnie Ramirezin və İtaliya vətəndaşı Andrea Soddenin “Cəngi” musiqisinin sədaları altında şənliyə qədəm qoyması və tonqalın yandırılması ilə başlayıb. Tədbirin təşkilatçısı, həmyerlimiz Billurə Bernard iştirakçılara Novruz bayramı və adət-ənənələri haqqında məlumat verib.
Novruz şənliyində klassik musiqilərlə yanaşı, “Sarı gəlin” mahnısı da səsləndirilib. İştirakçılar Azərbaycan milli musiqisinin sədaları altında rəqs ediblər. Tədbirdə iştirak edən qonaqlar ölkəmiz haqqında suallara cavablar verib və onlara hədiyyələr təqdim olunub.
Bayram tədbirində “Arşın mal alan” filmindən rəqs nömrəsi təqdim edilib. Rəqsi Filippin vətəndaşı Stefani Simən, Cenifer Verlan, Cənubi Afrika vətəndaşı Tato Muliqan və Sofia Tomas, İndoneziya vətəndaşı Poni Ramirez, İtaliya vətəndaşı Andrea Sodde, Zimbabve vətəndaşı Lilian Zaraniyika və həmyerlimiz Billurə Bayramova ifa ediblər.

“Novruz, Novruz, bahari…”“Novruz, Novruz, bahari…”“Novruz, Novruz, bahari…”

Təhsil-press.az

Oxşar xəbərlər