Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə yeni fürsət

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə yeni fürsət IV könüllülük proqramına start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında və xidmət bölmələrində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar. İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər. Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
Qeyd edək ki, BŞTİ artıq 3 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramı əsasında 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramında isə 35 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 11 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.
Maraqlananlardan tərcümeyi hallarını [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.
Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etməyiniz xahiş olunur:
Ümumi təhsil sektoru
İnsan resursları sektoru
İnformasiya təminatı sektoru
İnkişaf layihələri sektoru
Maliyyə və mühasibatlıq sektoru; xidmət bölmələri
Məktəbdənkənar fəaliyyətin təşkili sektoru
İctimaiyyətlə əlaqələr sektoru
Hüquq sektoru
Təminat və təchizat sektoru
Ümumi sektor
Təlimə Dəstək Mərkəzi
Qeyd edək ki, 3 ay müddətində könüllü kimi fəaliyyət göstərib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən arayış veriləcək.
Əlaqə telefonu: (012) 599-12-22 (daxili: 6112, 6114)

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər