Autizmdən əziyyət çəkənlərə dəstək - BSU-dan möhtəşəm çağırış

Autizmdən əziyyət çəkənlərə dəstək - BSU-dan möhtəşəm çağırış "Dünya Autizm Maarifləndirmə" ayı ilə əlaqədar Bakı Slavyan Universiteti tələbələri tərəfində maarifləndirici video-çarx hazırlanıb.
Video-çarxda BSU-nun rektoru, professor Nurlana Əliyevanın, Universitetin professor-müəllim heyətinin və tələbələrin çıxışları öz əksini tapıb. Layihənin məqsədi autizmdən əziyyət çəkən insanlara dəstək olmaq, onların cəmiyyətimizdən təcrid olunmasının qarşısını almaq, onlara qayğı və diqqətlə yanaşılmasına şərait yaratmaqdan ibarətdir. Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Tələbə Xeyriyyə Fondu tərəfindən hazırlanan sosial çarxın layihə rəhbəri Samirə Süleymanova, rejissorlar isə Şahin Sərdarlı və Sahib Azəroğludur.
Video-çarxı təqdim edirik:

BSU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər