Qeyd edək ki, aprelin 4-də ADU-da M.Ketatanın iştirakı ilə Frankofoniya Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəzin rəhbəri filologiya elmləri doktoru Gülnarə Sadıxovadır.
Məlumat üçün bildirək ki, Frankofoniya Universitet Agentliyi 1961-ci ildə Kanadanın Monreal şəhərində yaradılıb. 8 dekabr 2015-ci ildən Jean-Paul de Gaudemar tərəfindən idarə olunur. Dünyada 18 regional ofis və nümayəndəliyi var. Təşkilat yarandığı gündən fransız dilində elm və tədqiqat sahələri üzrə araşdırmalar aparan tələbə və müəllimləri dəstəkləyir. İl ərzində 2000-ə yaxın təqaüd proqramı təklif edir. Başda Fransa olmaqla, Kanada, Belçika, İsveçrə və digər fransızdilli dövlətlərin dəstək verdiyi təşkilatın illik büdcəsi 40 milyon avrodan çoxdur. ADU indiyədək həmin agentlikdə müşahidəçi qismində iştirak edirdi.
ADU-nun Mətbuat Xidməti