Beynəlxalq Mətbuat Mərkəzində filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin (ADU) II Xarici dil kafedrasının professoru Əsgər Zeynalovun xaricdə nəşr olunmuş əsərlərinin təqdimat mərasimi keçirilib.
Açılış nitqi ilə çıxış edən ADU-nun Pedaqogika kafedrasının professoru Vidadi Bəşirov tədbirdə Ə.Zeynalovun Azərbaycanın milli və ümumbəşəri dəyərlərinin möhkəmlənməsində cəfakeş fəaliyyət göstərdiyini qeyd edib. O, bildirib ki, Ə.Zeynalov ölkəmizdə ən populyar elmi-tədqiqat əsərlərini yazan, ərsəyə gətirən elm fədailərindəndir.
Sonra Ə. Zeynalov müəllifi olduğu kitabları iştirakçılara təqdim edərək onların mövzusu, məzmunu, çap olunduğu əcnəbi ölkələr barədə geniş məlumat verib. O, eyni zamanda kitablarından istifadə olunmaqla bir neçə sənədli filmin çəkildiyini diqqətə çatdırıb. Azərbaycan elminin dünyaya inteqrasiya etməsinin qarşıda duran mühüm məsələlərdən biri olduğunu qeyd edən professor bu işin həlli yolunun xarici auditoriyalar üçün kitabların hazırlanması, elmi konfransların keçirilməsi olduğunu sözlərinə əlavə edib.
Tədbirdə professorun həyat və yaradıcılığı, elmi fəaliyyəti haqqında ətraflı məlumat verilib, alimin yaradıcılığının xalqımızın maariflənməsi prosesində mühüm əhəmiyyət kəsb etməsi vurğulanıb, eyni zamanda onun elmi nailiyyətlərinin mütəmadi formada mətbuatda işıqlandırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Təqdimat mərasimində Ə.Zeynalov vətənpərvərlik ideyalarının təbliğində xidmətlərinə görə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən “Veteran həmrəyliyi” medalı ilə mükafatlandırılıb.
Qeyd edək ki, Ə.Zeynalov 1974-cü ildə APXDİ-nin fransız dili fakültəsini bitirib. 1991-ci ildə “Azərbaycan bayatıları Qafqaz regionunda” mövzusunda namizədlik dissertasiyasını, 2003-cü ildə isə “Fransız ədəbiyyatında Şərq mövzuları (Volterin yaradıcılığı üzrə)” adlı doktorluq dissertasiyasını müdafiə edib. 2005-ci ildən professordur, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Onun araşdırmaları bir sıra Azərbaycan alimləri ilə yanaşı, Fransa, Rusiya, Türkiyənin elm adamları tərəfindən də yüksək qiymətləndirilib, 10-a yaxın məqaləsi həmin ölkələrdə nəşr olunub. Tədqiqatçı professor 30-dan artıq kitabın, 350-dən artıq elmi-publisistik məqalənin müəllifidir. Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo haqqında ilk monoqrafiyalar onun qələminə məxsusdur.

ADU-nun Mətbuat Xidməti