
Qəzetin yazdığına görə, bunları 23 yaşlı Britaniya vətəndaşı Stefan Aristid bildirib. O, deyib ki, sevdiyi qızla Suriya gedib ki, şəriət qanunları ilə yaşasın, ancaq İŞİD rəhbərliyi ilə mübahisədən sonra 2015-ci ilin aprelində Britaniyaya qayıdıb.
“Suriya və İraqda İŞİD-in tərkibindəki 300 britaniyalı sıravi döyüşçü kimi fəaliyyət göstərmir. Onlar KİV və təbliğata görə məsuliyyət daşıyır. Həmin adamlar Britaniya üçün təhlükədir.
İŞİD-çilər arasındakı həyat həbsxanaya oxşayır. Bəziləri qalmaq istəsə də, getmək istəyənlər də az deyil. Münaqişə gücləndiyindən qruplaşma arasında parçalanma da artır”,- deyə İŞİD keçmiş üzvü bildirib.
Tehsil-press.az