Daşkəsəndə yol qəzasında üç nəfər ölüb

Daşkəsəndə yol qəzasında üç nəfər ölüb Daşkəsən rayonu, Quşçu kəndi ərazisində “Qazel” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Təhsil-press.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində körpüdən çaya düşən iki nəfər sürücünü və 1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyevin cəsədini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 00:49-da başa çatıb.

Təhsil-press.az

Oxşar xəbərlər