Qobustanda “VAZ" aşıb: 1 ölü

Qobustanda “VAZ Qobustanda avtomobil aşıb.

Tehsil-press.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Qobustan rayonun Bakı-Şamaxı yolunda 100-cü kilometrliyində “VAZ" markalı minik avtomobili yolun kənarında qazılmış xəndəyə aşıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:40-da başa çatıb.


Tehsil-press.az

Oxşar xəbərlər