“MOZART AKADEMİ 3.ULUSLARARASI PİYANO YARIŞMASI ve FESTİVALİ”

“MOZART AKADEMİ 3.ULUSLARARASI PİYANO YARIŞMASI ve FESTİVALİ” Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbi daha bir uğura imza atıb.
Belə ki, məktəbin fortepiano ixtisası üzrə II sinif şagirdi Nuray Mehdiyeva (müəllim-Arzu Manafova) Türkiyənin İzmir şəhərində 04-07 iyun tarixlərində keçirilən “MOZART AKADEMİ 3.ULUSLARARASI PİYANO YARIŞMASI ve FESTİVALİ”na qatılaraq uğurla çıxış edib.
Nuray Mehdiyeva yarışmanın 5-8 yaş kateqoriyası üzrə II dərəcəli diplomuna layiq görülərək laureat adını qazanıb.
Xatırladaq ki, əsası İlhan və Fatimə Cinpir tərəfindən qoyulan “MOZART AKADEMİ 3.ULUSLARARASI PİYANO YARIŞMASI ve FESTİVALİ” 5-8; 9-11; 12-14; 15-19 və 20-25 yaş olmaq üzrə 5 kateqoriyada keçirilib. Yarışmaya dünyanın müxtəlif ölkələrindən, eləcədə Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Azərbaycandan iştirakçılar qatılıb.
İzmir şəhəri, Karşıyaka bələdiyyəsi, Hikmet Şimşek sanat mərkəzində baş tutan yarışmada proqrama əsasən dünya bəstəkarlarının klassik əsərləri ifa olunub.
Qeyd edək ki, Nuray Mehdiyeva 2009-cu ildə anadan olub. 2015-ci ildən Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbində təhsil alır.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

“MOZART AKADEMİ 3.ULUSLARARASI PİYANO YARIŞMASI ve FESTİVALİ”

Oxşar xəbərlər