Namiq Dəlidağlının yaradıcılıq poeziyası

Namiq Dəlidağlının yaradıcılıq poeziyası Tədbirdə yaşlı nəslin nümayəndələri, şairlərdən Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Ofelya Babayeva, Qüdrət Muğanlı, Ələsgər Həsənli, yazıçı-publisist Eyruz Məmmədov Namiq Dəlidağlının yaradıcılığı haqda öz ürək sözləri və fikirlərini söyləyib, onun özünəməxsus dəst-xətti olduğunu dilə gətiriblər. Yazıçı-publisist Məhəmməd Nərimanoğlu, şair, tənqidçi Akəm Xaqan müəllifin şeirlərində yurd-yuva həsrətinin, bu ağrıdan doğan nisgilin, ulularımız qarşısında itirilmiş torpaqların hesabatının necə ağır, məyusedici bir etiraf olduğunu bildiriblər. Və onun yaradıcılığında bu mövzuların aparıcı olduğunu qeyd ediblər. Tədqiqatçı-alim Nailə Mirzəyeva N. Dəlidağlı şeirlərinin digər müəlliflərin əsərlərindən fərqli poetik xüsusiyyətlərindən danışıb, onun yaradıcılığını "səmimiyyət poeziyası" adlandırıb. Şairlərdən Rafiq Oday, Gülnarə Cəmaləddin, Sabir Yusifoğlu, Xatirə Fərəcli, Sevinc Qərib, Qafqaz Əvəzoğlu, Asif Asiman, Süleyman Sərraf, Faiq Hüseynbəyli, Emil Rasimoğlu, Zirəddin Qafarlı, Əlibala Ağayev və digərləri çıxış edərək N.Dəlidağlını yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib və yaradıcılıq uğurları arzulayıblar. Çıxış edənlər müəllifin şeirlərindən nümunələr səsləndiriblər. Ayan adlı məktəbli N.Dəlidağlının “Çatdırın” şeirini ifa edib. Şairin qələm dostları Əli Nəcəfxanlı, Arif Ərşad, Elbrus Qayalı, İlqar İlkin, Müşfiq Zülfüqar, Arzuman Nəbiyev, Taleh Laçın, Natiq İsmayıloğlu, Əlyar Asiman, Almaz Sahilə, Elvin Əlizadə, Aygün Hacıyeva, Ruhiyyə Əliyeva, Ağanənə Seyidqızı, Məqsəd Şiştəpəli, Sübhan Qafaroğlu, Rahilə Hüseynova, Ədalət Nicat, Rəfail Laçınlı, Fərhad Məhərrəmov, Usta Fəxrəddin, Namiq Məmmədli, Orxan Adiloğlu, Xürrəm Qafarlı və digərləri “İmza günün”də müəllifə öz xoş arzularını ünvanlayıblar. Sonda N.Dəlidağlı tədbir iştirakçılarına, “Poeziya Evi”nin rəhbərliyinə, əməkdaşlarına öz təşəkkürünü bildirdi, yeni şeirlərindən söyləyib.

Sumqayit Regional Medeniyyet ve Turizm idaresinin
Mətbuat Xidməti


Namiq Dəlidağlının yaradıcılıq poeziyası

Namiq Dəlidağlının yaradıcılıq poeziyası

Namiq Dəlidağlının yaradıcılıq poeziyası

Oxşar xəbərlər