Şəfa VƏLİ (DGTYB üzvü, Gəncə), Tural ADIŞİRİN (DGTYB üzvü, Şəki), Əfsanə ƏLƏSGƏRLİ (DGTYB Məclis üzvü), Nofəl ÜMİDin (DGTYB NTK başqanı) tərtib etdiyi “Bölgələrdən səslər-3”-ün layihə rəhbəri (və baş redaktoru) Əkbər QOŞALI (DGTYB Məsləhət Şurasının başqanı), redaktorları: əməkdar jurnalist Azər HƏSRƏT, DGTYB Məsləhət Şurası üzvü Sərdar ŞİRVAN, məsləhətçiləri: “525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad MƏCİD, AYB Gəncə filialının başçısı, şair XƏZANGÜL, “USTAD” jurnalının baş redaktoru dos.dr. Şəmil SADİQ, rəyçiləri isə: Əli Kərim ad. Poeziya Klubunun direktoru, şair İbrahim İLYASLI (Sumqayıt), yazıçı-publisist Müşfiq XAN, şair-publisist İlham İSMİXANOĞLUdur (Bərdə).
Qeyd edək ki, adıkeçən layihənin yekun tədbiri – antologiyanın təqdimatı və “Gənc yazarların poeziya gecəsi”, saat 15.00-da iyunun 29-da Binəqədi Gənclər Evində keçiriləcək.
Ünvan: 7-ci mikrorayon, S.S.Axundov küç.-112, Gənclər Evi 012561-92-12