Riqa Stokholm İqtisad Məktəbi ilə Bakı Mühəndislik Universitetinin birgə NBA proqramları həyata keçirməsi müzakirə edilib

Riqa Stokholm İqtisad Məktəbi ilə Bakı Mühəndislik Universitetinin birgə NBA proqramları həyata keçirməsi müzakirə edilib Riqa Stokholm İqtisad Məktəbinin rektoru, Dr. Anders Paalzow və həmin məktəbin departament direktoru Nellija Titova Bakı Mühəndislik Universitetində olublar. Görüşün əsas məqsədi olaraq Azərbaycan Riqa Stokholm İqtisad Məktəbinin fəaliyyət istiqamətlərinin və BMU ilə birgə layihələrin həyata keçirilməsidir.
Universitetin rektoru, professor Havar Məmmədov Azərbaycan təhsilinin inkişafı və Bakı Mühəndislik Universitetinin ixtisasları, maddi-texniki bazası barədə ətraflı məlumat verib. Qeyd edib ki, BMU-nun inkişafı istiqamətlərindən biri də beynəlxalq əlaqələrinin genişləndirilməsidir. Beynəlxalq təhsil Assosiasiyalarına üzv olmaq və universitetlərlə əlaqələrin qurulması üçün işlər aparırıq. İngilis dilli təhsilin və müasir standartlara cavab verən təhsil sistemini bilən akademik heyətimizin olması beynəlxalq əməkdaşlığın qurulmasında üstünlüklərimizdəndir.
Riqa Stokholm İqtisad Məktəbinin rektoru, Dr. Anders Paalzow səmimi qəbula görə təşəkkür edib. Bildirib ki, məktəbin əsası 1994-cü ildə İsveç hökümətinin və Latviya Təhsil Nazirliyinin dəstəyi ilə Stokholm İqtisad Məktəbi tərəfindən qoyulmuşdur. Məktəbin missiyyası iqtisadiyyat və biznes sahələrində ən müasir, xüsusən də ölkələrin iqtisadi və sosial inkişafına təkan verən təhsili təmin etməkdən ibarətdir. Riqa Stokholm İqtisad Məktəbində ABŞ, Avstraliya, Almaniya, Danimarka, İsveç və başqa ölkələrdən mühazirəçilər çalışır. Hər ölkədə məktəb açmaq maliyyə və mütəxəssis baxımından asan olmadığı üçün biz istəyirik ki, Azərbaycanda fəaliyyətimizi BMU-ilə birgə həyata keçirək. Əsasən rəhbər şəxslərə NBA və təhsil proqramlarını özündə əks etdirən layihələr həyata keçirək.
Ölkəmizin tarixi, yerləşdiyi coğrafiyanın əhəmiyyəti və ev sahibliyi edilən Beynəlxalq tədbirlər və idman oyunları haqqında da geniş söhbət edilib. Latviyanın Ali Təhsil və Elm nazirinin aparat rəhbəri və müşaviri vəzifələrini icra etmiş Nellija Titova ölkəsində Azərbaycanı xüsusən yüksək səviyyəli şahmat yarışlarının təşkilinə görə tanındığını qeyd edib.
Sonda qonaqlar universiteti gəzib, texnoparkla tanış olublar.
Texnoparkın müdiri Samir Məmmədov həyata keçirdikləri layihələr haqqında qonaqlara geniş məlumat verib.

BMU-nun Mətbuat Xidməti


Riqa Stokholm İqtisad Məktəbi ilə Bakı Mühəndislik Universitetinin birgə NBA proqramları həyata keçirməsi müzakirə edilib

Riqa Stokholm İqtisad Məktəbi ilə Bakı Mühəndislik Universitetinin birgə NBA proqramları həyata keçirməsi müzakirə edilib

Oxşar xəbərlər