“Böyük mütəfəkkir” adlı oxucu konfransı keçirilib

“Böyük mütəfəkkir” adlı oxucu konfransı keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan Sumqayıt MKS-in M.Ə.Rəsulzadə adına kitabxana filialında M.F.Axundovun 205-illik yubileyinə həsr olunmuş “Böyük mütəfəkkir” adlı oxucu konfransı keçirilib. Tədbirdə kitabxanaçı Şərəf Əliyeva Mirzə Fətəli Axundovun həyatı və fəaliyyəti haqqında geniş məlumat verib.
Daha sonra dahi mütəfəkkir haqqında sitatlar, məşhur fikir və elm adamlarının düşüncələrini əks etdirən məruzələr dinlənilib. Bildirilib ki, “Mirzə Fətəli Axundov əski sxolastik ədəbiyyatdan, Şərqin yekrəng, qəzəl, qəsidə və rübai ədəbiyyatından birinci olaraq ayrılıb yeni bir ədəbiyyat şəklinə ayaq basan və Azərbaycan teatr ədəbiyatının ilk təməl daşını qoyan ədibdir.”
Sonda Sumqayıt Dövlət Universitetinin Tələbələri Kənan Qubadov və Fidan Musayeva Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı, ictimai xadim kimi fəaliyyətindən danışıblar.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər