
Bu fikirləri Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iyulun 17-də rəhbərlik etdiyi qurumun korrupsiyaya qarşı mübarizə sahəsində ilin birinci yarısındakı gördüyü işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.
Kamran Əliyev bildirib ki, hesabat dövründə Baş İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2151 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib. Aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.
Təhsil-press.az