UNEC-in magistrləri Avropa əmək bazarına çıxış imkanı qazanıblar

UNEC-in magistrləri Avropa əmək bazarına çıxış imkanı qazanıblar Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanı əldə ediblər.
Bu üstünlüyü onlara Biznes Məktəbinin tamhüquqlu üzvü olduğu EFMD (European Foundation for Management Development (Busines School Accreditation) təşkilatı verib. Belə ki, MBA proqramında təhsil alan magistrlər EFMD-nin “HIGHERED – Global Talent Network” işədüzəlmə şəbəkəsi vasitəsilə ölkə hüdudlarından kənarda da əmək bazarına çıxa biləcəklər.
Xaricdə çalışmaq istəyən MBA proqramının bilikli və bacarıqlı magistrləri bu qlobal portala daxil olmaq üçün https://unec.higheredtalent.org/Login ünvanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün lazım olan unec.edu.az domenli elektron poçt ünvanını UNEC Biznes Məktəbinə müraciət etməklə əldə etmək mümkündür.
Magistrlər portalda qeydiyyatdan keçdikdən sonra Avropa İttifaqı ölkələrində və digər qlobal regionlarda iş axtarışına başlaya biləcəklər.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər