Selfi çəkmək tələbələrin ölümünə səbəb oldu

Selfi çəkmək tələbələrin ölümünə səbəb oldu Hindistanın Kartana ştatında 3 tələbə selfi çəkərkən qatarın altında qalıblar.
Təhsil-press.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Məlumata əsasən, polis artıq iki oğlanın şəxsiyyətini müəyyən edib. Onlar Banqalordakı Milli Kollecin tələbələri olublar.
İlkin məlumata görə, ölən tələbələr selfi çəkərkən qatarla aralarındakı məsafəni düzgün hesablaya bilməyiblər və qatarın altında qalıblar.
Faktla bağlı araşdırmalar davam edir.

Təhsil-press.az

Oxşar xəbərlər