
Redaksiyaya video fakt da təqdim edən müraciətçi bildirib ki, görüntülər bu gün səhər saatlarında Zabrat – Koroğlu yolunda qeydə alınıb. Videoda aydın görünür ki, iki avtobus - 131 və 172 saylı avtobuslar yolun əks istiqamətində yüksək sürətlə hərəkət edir. Hələ bu azmış kimi hər iki avtobus sərnişinlə doludur, qapıları açıqdır və qapılardan da sərnişinlər sallanıb.
Müraciət edən şəxs deyir ki, bu hala nə aidiyyatlı qurumlar, nə də yol polisləri müdaxilə etmir.
Həmin videonu təqdim edirik:
Tehsil-press.az